Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 29 oktyabr 2007 13:06 (UTC +04:00)
Səbayel rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun İstiqlaliyyət küçəsində Bakı şəhər sakini Elşən Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Lətifə Mikayılzadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş L. Mikayılzadə orada vəfat edib. Faktla bağlı Səbayel RPİ-də araşdırma aparılır.
Sabunçu rayonundakı Böyükşor yolunda Bakı şəhər sakini Arifə Rüstəmovanın idarə etdiyi “Mercedes” və Keşlə qəsəbə sakini Rəfayel Haqverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə R. Haqverdiyev hadisə yerində ölüb, sərnişini, Abşeron rayon sakini İlkin Quliyev, habelə A. Rüstəmova xəstəxanaya yerləşdirilib. A.Rüstəmovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, İ. Quliyevin vəziyyəti isə ağırdır. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində Bakı şəhər sakini Həmid Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomaşınla 40-45 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR