Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin qəza törətməsi nəticəsində bir nəfər ölüb

Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin qəza törətməsi nəticəsində bir nəfər ölüb
# 29 oktyabr 2007 14:33 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus maşın yüksək sürətlə hərəkət edərək, yol kənarında dayanıb avtomobilinin yük yerini təmizləyən taksi sürücüsü Elçin Qaçayzadəni vurub. E. Qaçayzadə yerindəcə keçinib. Rusiya səfirliyinə məxsus maşının sürücüsünün kimliyi barədə polis idarəsindən heç bir məlumat verilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya açıqlamasında faktı təsdiqləyib. O da maşının Rusiya səfirliyinə məxsus olduğunu deyib. S. Gözəlov maşının sükanı arxasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun olması barədə xəbəri isə təkzib edib.
S. Gözəlov faktla bağlı araşdırma aparıldığını da söyləyib.
Qeyd edək ki, faktı Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Anar Məmmədov araşdırır.
Rusiyanın Azərbaycandakı səfirliyindən isə APA-ya hadisə ilə bağlı məlumatları olmadığını bildiriblər. Səfirlə bağlı yayılan məlumatlara isə “Səfir hazırda iş yerindədir və onunla bağlı heç bir problem yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR