Bank Of Baku

Müstəntiq: “Müğənni Rəqsanənin bacısı Ellada İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilməz”

Müstəntiq: “Müğənni Rəqsanənin bacısı Ellada İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilməz”
# 29 oktyabr 2007 16:02 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında cinayət işinin istintaqını aparan müstəntiq Fəxrəddin Şirəliyev deyib. Müstəntiq bildirib ki, Türkiyə məhkəməsi E. İsmayılovanın əlbirliyini sübut etmədiyindən bəraət hökmü çıxarıb. E. İsmayılovanın vəkili Bəylər Məmişov isə APA-ya bildirib ki, Türkiyə məhkəməsinin bəraət hökmünü əsas gətirərək, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Nərimanov rayon məhkəməsinə vəsatət təqdim edib.
Qeyd edək ki, Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi oktyabrın 4-də E. İsmayılovaya qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar olmadığından onun barəsində bəraət hökmü çıxarıb. Buna görə də, E. İsmayılovanın vəkili Bəylər Məmişov qanunvericilikdə bir cinayət əməlinə görə təkrar iki dəfə məhkəmə keçirilməsinin mümkünsüzlüyünü əsas gətirərək cinayət işinə xitam verilməsi ilə bağlı istintaqa vəsatət təqdim edib. Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi) maddəsi ilə ittiham olunan E. İsmayılova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun anası Adilə Həsənovaya isə CM-nin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. E. İsmayılova və A. Həsənova insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib. Daha sonra A. Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR