Bank Of Baku

Qaxda hicablı tərbiyəçi çalışdığı uşaq bağçasından xaric edilib

Qaxda hicablı tərbiyəçi çalışdığı uşaq bağçasından xaric edilib
# 30 oktyabr 2007 12:25 (UTC +04:00)
Qaxda hicablı tərbiyəçi çalışdığı uşaq bağçasına buraxılmayıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 5 ildən çox Qax rayonunun Qorağan kənd uşaq bağçasında tərbiyəçi işləyən Rəmiyyə İsrafilova çarşab geyindiyi üçün Rayon Təhsil Şöbəsi (RTŞ) tərəfindən çalışdığı tərbiyə ocağından xaric edilib. Son 1 ildə çarşab taxdığını deyən R. İsrafilova bu günədək heç problemlə üzləşmədiyini bildirib. Lakin iki gün əvvəl çalışdığı uşaq bağçasının müdiriyyəti hicab geyinməsini irad tutaraq, baş örtüyünü çıxarmayacağı təqdirdə, bir daha işə gəlməməsi barədə göstəriş verib. Bağça müdiriyyəti bu göstərişin RTŞ müdiri Məmməd Xasıyev tərəfindən verildiyini bildirib.
M. Xasıyev APA-nın bölgə bürosuna açıqlamasında tərbiyəçi R. İsrafilovaya çalışdığı tərbiyə ocağına gələrkən hicabdan istifadə etməməsi barədə göstəriş verildiyini təsdiqləyib. O, rayonda 1300 təhsil işçisinin olduğunu, R. İsrafilovadan başqa heç kəsin çarşabdan istifadə etmədiyini vurğulayıb. Azərbaycanın dini dövlət olmadığını əsas gətirən M. Xasıyev təhsil sisteminin də İslam qaydaları ilə fəaliyyət göstərmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR