Bank Of Baku

Mal-qara oğurluğu ilə məşğul olan Masallı sakini tutulub

Mal-qara oğurluğu ilə məşğul olan Masallı sakini tutulub
# 30 oktyabr 2007 12:25 (UTC +04:00)
Masallı rayonunun Boradigah qəsəbəsində mal-qara oğurluğu ilə məşğul olan rayon sakini yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Tofiq Şahmarov məlumat verib. Onun sözlərinə görə, qəsəbə sakini Hakim Musayev ona məxsus mal-qarasının oğurlanması ilə əlaqədar RPŞ-yə ərizə ilə müraciət edib. Əməliyyat qrupu dərhal bu istiqamətdə axtarışlara başlayıb. Axtarışlar nəticəsində şübhəli bilinən Boradigah qəsəbə sakini ,25 yaşlı Şamxal Fərzəliyev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli boynuna alıb. Məlum olub ki, Ş.Fərzəliyev əvvəllər fərariliyə görə azadlıqdan məhrum edilib. Cəza müddətini başa vurub qəsəbəyə qayıtdıqdan sonra tanışlarının fermasında işə düzəlib. Amma tamah ona güc gəldiyindən, başqalarının mal-qarasına göz dikib. Oğurladığı mal-qaranı ayrı-ayrı rayonlarda qəssablara dəyər-dəyməzinə satıb. Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR