Bank Of Baku

Bakı sakininin evindən narkotik maddə, qumbara və dini kitablar tapılıb

Bakı sakininin evindən narkotik maddə, qumbara və dini kitablar tapılıb
# 30 oktyabr 2007 12:29 (UTC +04:00)
Narkotik satışı ilə məşğul olan paytaxt sakini həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3-cü Kərpic küçəsi, ev 5-də yaşayan Natiq Əliyev 0,346 qram heroini satarkən yaxalanıb. Onun üstünə baxış zamanı əlavə olaraq 0,225 qram heroin və 1 ədəd qumbara, evindən isə 3 ədəd düyməli bıçaq, dini kitablar və disklər aşkar edilərək götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR