Bank Of Baku

Oğurluq və soyğunçuluqla məşğul olan iki nəfər tutulub

Oğurluq və soyğunçuluqla məşğul olan iki nəfər tutulub
# 30 oktyabr 2007 12:32 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları oğurluq və soyğunçuluqla məşğul olan iki nəfəri saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 25-də naməlum şəxs Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini İlham İbrahimova məxsus ərzaq mağazasına gələrək oranın satıcısı İlhamə Əliyevaya qarşı zor tətbiq edəcəyi ilə hədələyib və 100 manat dəyərində danışıq kartları aparıb. Yasamal RPİ-nin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Valeh Heybətov tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də C. Cabbarlı küçəsində Bakı şəhər sakini Naqib Kazımova məxsus mağazadan 70 manat dəyərində danışıq kartını oğurladığı müəyyən edilib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oktyabrın 29-da Sumqayıt şəhər sakinləri Zakir Əliyevə məxsus “VAZ-2107” markalı avtomaşından 1 ədəd maqnitofonu oğurlamış, Əsgər Abbasova məxsus “VAZ-2105” markalı maşından isə oğurluq etməyə cəhd göstərmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov yaxalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR