Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 30 oktyabr 2007 12:37 (UTC +04:00)
Əzizbəyov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Şimali DRES qəsəbəsində Şüvəlan qəsəbə sakini Böyükağa Kərimov idarə etdiyi “Hunday-Sonata” markalı avtomaşınla qəsəbə sakini Raisa Alxutovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R. Alxutova oktyabrın 29-da orada vəfat edib. Faktla bağlı Əzizbəyov RPİ-də araşdırma aparılır.
Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Faktla bağlı Abşeron RPŞ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Masallı rayonunda müəyyən edilməmiş avtomaşınla Astara rayon sakini Şahin Quliyev vurulub. Nəticədə Ş. Quliyev hadisə yerində keçinib. Faktla bağlı Masallı RPŞ-də əməliyyat-axtarış tədbirləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR