Bank Of Baku

Sabirabad və Hacıqabul rayonları ərazisində əxlaqsızlıq yuvaları aşkarlanıb

Sabirabad və Hacıqabul rayonları ərazisində əxlaqsızlıq yuvaları aşkarlanıb
# 30 oktyabr 2007 15:21 (UTC +04:00)
Sabirabad və Hacıqabul rayonları ərazisində əxlaqsızlıq yuvaları aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna DIN-in mətbuat xidmətindən məlumat verilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabirabad rayonu ərazisində fəaliyyət göstərən “Mətin” restoranında Əli Bayramlı sakinləri Asif Hüseynov və Elmir Babalıyev, Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən “Çıraq” restoranının sahibləri - Əli Bayramlı sakinləri Loğman Babayev və İlqar Hüseynov əxlaqsızlıq yuvası saxladıqları üçün həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR