Bank Of Baku

Həbsdə olan Xaçmaz sakini həmkəndlisinin evini qarət edib

Həbsdə olan Xaçmaz sakini həmkəndlisinin evini qarət  edib
# 31 oktyabr 2007 09:01 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Dəvəçidəki cəzaçəkmə müəssisəsində həbsdə olan Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1977-ci il təvəllüdlü Şirəli Şərafəddin oğlu Cəbrayılov yenidən oğurluq edib. Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə oktyabrın 21-də baş verib. Ş. Cəbrayılov cəzaçəkmə müəssisəsinin rəhbərliyindən üç günlük icazə alaraq kəndlərinə gəlib. Oktyabrın 21-də sərxoş olan dustaq həmkəndlisi Müslümbəy Rəsulovun evindən təxminən 2 min manat dəyərində olan qızıl əşyaları oğurlayıb. Sonradan oğurladığı qızılları Xudat şəhər sakinlərindən birinə ucuz qiymətə satıb. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Cəbrayılov həbs edilib, barəsində yenidən cinayət işi açılıb. Qeyd edək ki, Ş. Cəbrayılov əvvəllər də oğurluq etdiyinə görə 3 il 6 ay müddətinə həbs edilib. Onun həbsdən çıxmasına yeddi ay qalırdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR