Bank Of Baku

7 yol qəzasında 8 nəfər həlak olub

7 yol qəzasında 8 nəfər həlak olub
# 31 oktyabr 2007 14:27 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı Ceyranbatan qəsəbə sakini Yavər Səlimovun idarə etdiyi “Hunday” markalı avtomaşınla törətdiyi müəyyən edilib. Y. Səlimov həbs edilib.
Mingəçevir şəhərində Ağcabədi rayon sakini Şəmsi Əsədov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla şəhər sakini Elsevər Abbasovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E. Abbasov orada dünyasını dəyişib. Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
Şəmkir rayonunun Çinarlı qəsəbəsində Seyfəli kənd sakini Elçin İsmayılovun idarə etdiyi “VAZ-21011” və Yeni Həyat kənd sakini İlqar Həsənovun idarə etdiyi “AVİA-A-21F” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış E. İsmayılov və onun sərnişini olan həmkəndliləri Gəray Abbasov, Arzu İbrahimov və Asim Süleymanov xəstəxanaya yerləşdirilib. E. İsmayılov orada vəfat edib. Faktla bağlı Şəmkir RPŞ-də araşdırmalar aparılır.
Xanlar rayonunun Çiçəkli kəndində kənd sakini Fəxrəddin Nağıyev idarə etdiyi “VAZ-21099” markalı avtomaşını aşırıb. Nəticədə F. Nağıyev hadisə yerində keçinib. Faktla bağlı Xanlar RPŞ-də araşdırma aparılır.
Ağdaş rayonunun Maşat kəndində kənd sakini Məhəmməd Məmmədovun idarə etdiyi “VAZ-2106” və Goranboy rayon sakini Elşad Səfərovun idarə etdiyi “VAZ-21074” markalı avtomaşınlar toqquşub. Nəticədə E. Səfərovun sərnişini, atası Yusif, M. Məmmədovun sərnişinlərindən həmkəndlisi İzahət Vəliyeva hadisə yerində ölüb, xəsarət almış həmkəndlisi Qadir Məmmədov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.
Goranboy rayonunun Qaradağlı kəndində kənd sakini Natiq Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmkəndlisi Qəribə Rüstəmovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q. Rüstəmova oktyabrın 30-da orada dünyasını dəyişib. Faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır.
Qəbələ rayonunun Nohur-Qışlaq kəndində Bum qəsəbə sakini Həmdiyyə Qaragözov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə H.Qaragözovun sərnişinlərindən Hacallı kənd sakinləri İsmayıl Canqudov hadisə yerində ölüb, Vüqar Nəsirov və Türkiyə vətəndaşı Əhməd Sağ xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR