Bank Of Baku

7 avtomaşından maqnitofon oğurlamış şəxs həbs edilib

7 avtomaşından maqnitofon oğurlamış şəxs həbs edilib
# 31 oktyabr 2007 14:40 (UTC +04:00)
7 avtomaşından maqnitofon oğurlamış şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əzizbəyov RPİ-nin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlqar Hacıağanın ayrı-ayrı avtomaşınlardan 7 ədəd maqnitofon oğurlaması müəyyən edilib. Faktla əlaqədar İ. Hacıağa tutulub, ondan 0,156 qram heroin və 5,3 qram marixuana götürülüb.
Bakı şəhər sakini Asif Alıyevə məxsus avtomaşını qaçırmış şəxslər tutulub. Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nazim Məmmədovdan 0,239 qram heroin, 1 ədəd avtomaşın üçün monitor pultu, qonşusu Ramil Nuriyevdən isə 0,192 qram heroin və 1 ədəd bıçaq götürülüb. Onların həmin pultu Bakı şəhər sakini Asif Alıyevə məxsus “VAZ-2107” markalı avtomaşından oğurladığı müəyyən edilib. Hər iki faktla araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR