Bank Of Baku

“Domodedovo” aeroportu yaxınlığında meşədə aşkar olunmuş meyitin itkin düşmüş Azərbaycan vətəndaşı olduğu təsdiqlənib

“Domodedovo” aeroportu yaxınlığında meşədə aşkar olunmuş meyitin itkin düşmüş Azərbaycan vətəndaşı olduğu təsdiqlənib
# 31 oktyabr 2007 15:33 (UTC +04:00)
Mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər İdarəsinin əməkdaşları 17-19 oktyabrda aeroporta eniş etmiş bütün reyslərlə bağlı lazımi iş aparıb, həlak olan şəxsin əlamətlərini Rusiyanın 29 aeroportuna və Bakı, Düşənbə, Daşkənd aeroportlarına məlumat veriblər. Bundan başqa, yeniyetmənin üzərindən tapılan telefon nömrələri, digər əşyalar araşdırılıb. Onun cibindən tapılan metro jetonunun 2004-2006-cı illərdə Bakı metropolitenində istifadə olunduğu müəyyənləşdirilib. Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlanıb. Məlum olub ki, Bakı sakini Hüseynqulu Haşımov yerli polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildirib. Mərhumun şəkli atasına göstərilib. Atası 1992-ci il təvəllüdlü oğlunun şəklini tanıyıb. İstintaq orqanları yeniyetmənin bu ağlasığmaz hərəkətinin səbəblərini müəyyənləşdirir”. Sabunçu rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, bu iş Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Meyitin müayinəsi başa çatandan sonra konkret rəy bildiriləcək.
Qeyd edək ki, Sabunçu rayonunun Zabrat II qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü İlqar Hüseynqulu oğlu Haşımov oktyabrın 12-də itkin düşüb. Ehtimal olunur ki, İ. Haşımov Bakıdan Moskvaya uçan təyyarənin şassisinin üstündə oturub, təyyarə havaya qalxdıqdan sonra təkərlə birlikdə bort hissənə daxil olub. Təyyarə “Domodedovo” aeroportunda yerə enərkən isə soyuqdan donmuş İ. Haşımov yerə düşərək parçalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR