Bank Of Baku

Biləsuvar-Mingəçevir yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Biləsuvar-Mingəçevir yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 01 noyabr 2007 09:43 (UTC +04:00)
Biləsuvar-Mingəçevir avtomobil yolunun 5-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Biləsuvar rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Nəsimikənd kənd sakini, 1949-cu il təvəllüdlü Əlifağa Mətləb oğlu Abdullayev idarə etdiyi “Mercedes” markalı, 10 VJ 391 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşındakı sərnişin, Biləsuvar sakini, 1975-ci il təvəllüdlü Elbrus Mahir oğlu Quliyev hadisə yerindəcə keçinib. Sürücü və “Mercedes”dəki daha iki sərnişin müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən APA-nın cənub bürosuna onların vəziyyətinin orta-ağır olduğu bildirilib. İlkin versiya kimi hadisəyə avtomobilin texniki nasazlığının səbəb olduğu qeyd olunur. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR