Bank Of Baku

Quba məzarlığındakı arxeoloji qazıntılara maneçilik törədən ev sökülür

Quba məzarlığındakı arxeoloji qazıntılara maneçilik törədən ev sökülür
# 01 noyabr 2007 10:47 (UTC +04:00)
“Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılara maneçilik törədən ev sökülür. Rayon İcra Hakimiyyəti tərəfindən ev sahibinə həyətyanı sahə ayrılıb və ona evin tikintisində köməklik olunacaq. Ekspedisiya üzvləri hazırda evin sökülməsi və həyətyanı sahənin təmizlənməsi ilə məşğuldur. Arxeoloqların yalnız elmi tədqiqatla məşğul olması çox yaxşı olardı, amma bu evi özümüz sökməyə məcburuq”. Bu
sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. Arxeoloji qazıntıları davam etdirməkdə israrlı olduqlarını bildirən ekspedisiya rəhbəri havaların hələ ki münasib olduğunu söyləyib: “Biz işimizə fasilə vermək istəmirik. Tədqiqatları başa çatdırıb qazıntılar nəticəsində aşkar edilən tapıntılardan ibarət muzey yaratmaq lazımdır. Erməni vəhşiliyinin göstəricisi olan bu məzarlığa son vaxtlar ziyarətçilərin sayı çoxalıb. Məzarlıqdakı qurbanların hansı vəhşiliklə qətlə yetirilməsini bura gələn hər kəs görməli, onlara bu barədə məlumat verilməlidir. Ona görə də bu gün ekspedisiya üzvləri burada həm qazıntı, həm tədqiqat, həm sökmə, həm də təmizləmə işləri aparırlar”. Arxeoloji qazıntı prosesinin əvvəldən-axıra kimi lentə alındığını vurğulayan Q. Ağayev bu kadrların dünyanın müxtəlif ölkələrində keçirilən elmi toplantılara, konfranslara göndəriləcəyini bildirib.
Qeyd edək ki, ən son məlumata görə, məzarlıqdan tapılan insan kəlləsinin sayı 155-dir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR