Bank Of Baku

4 maşın oğrusu tutulub

4 maşın oğrusu tutulub
# 01 noyabr 2007 13:06 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları vətəndaşları hədələmək yolu ilə onların avtomobillərini oğurlayan şəxsləri yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonundakı Zərdabi küçəsində naməlum şəxs Bakı şəhər sakini Zəkəriyyə Quliyevin idarə etdiyi “VAZ-2103” markalı avtomaşına sərnişin qismində oturub və metronun “Xalqlar Dostluğu” stansiyasına gedəcəyini bildirib. F. Xoyski küçəsində həmin şəxs Z. Quliyevi bıçaqla hədələyərək avtomaşınını ondan alıb. Nərimanov RPİ-nin 16-cı polis bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Vüqar Əliyev tutulub, avtomaşın sahibinə qaytarılıb. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Sabunçu qəsəbəsi ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elşən Abışovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına sərnişin qismində oturub Şüvəlan qəsəbəsinə gedəcəklərini bildiriblər. Şüvəlan qəsəbəsi ərazisində onlar E. Abışovu öldürəcəkləri ilə hədələyərək mobil telefonunu, 7 manatını və avtomaşınını almağa cəhd göstəriblər. Əzizbəyov RPİ Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Adıgözəlov və Quba rayon sakini Cavid Zeynalov tutulub. Faktla bağlı Əzizbəyov RPİ-də araşdırma aparılır.
Yasamal rayonunun T. Şahbazi küçəsindəki avtomobillərin yuyulma məntəqəsindən Sahib Məmmədova məxsus “BMW-535” markalı avtomaşın qaçırılıb. Yasamal RPİ-nin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın Binəqədi qəsəbəsi ərazisində tapılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Sumqayıt şəhər sakini Mehdi Mehdiyev tərəfindən qaçırılması müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR