Bank Of Baku

Bakıda və Şəkidə oğurluqla məşğul olan şəxslər saxlanılıb

Bakıda və Şəkidə oğurluqla məşğul olan şəxslər saxlanılıb
# 31 may 2008 10:24 (UTC +04:00)
Bakı - APA. 2007-ci ilin noyabrın 11-də Bakı şəhər sakini Pərviz Muradovun evindən 28000 dollar pul oğurlamış Naxçıvan şəhər sakini Araz Əsədov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs mayın 30-da saxlanılıb. Elə həmin gün Şəki şəhərinin Qoxmuq kənd sakini Sahib Nəsibovun evindən ev əşyaları və sənədlər oğurlanması ilə bağlı Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Pakizə Cəlilova tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR