Abşeronda qadın evdən 35 min manatlıq oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki evlərin birindən 25 500 manat və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Niftalıyeva saxlanılıb.