Ağcabədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın mətbəxdə soyuducunun alovlanması ilə başlayıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.