Bakıda oğurluğa görə tutulan şəxsin daha bir cinayətinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.