Bakının Səbail rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisində taxta tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.