Bakıda qadının evinə basqın edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edən martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.