Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Binə ticarət mərkəzinin qarşısında baş verib.
1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlu ticarət mərkəzindən çıxıb əks istiqamətə keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.