Bakıda yük avtomobili yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda "QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi, 2 ədəd qabaq təkəri və kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.