Biləsuvar sakinindən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Muğan kənd sakini Ə.Rəhmanovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.