Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 2 piyadanı "Volsvagen Passat" markalı maşın vurub. Onlardan biri - Bağırov Bəxtiyar Rasim oğlu hadisə yerində ölüb, digər piyada Qurbanov Qədim Aqil oğlu isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.