Goranboy rayonunda “Hyundai” markalı avtomobil aşıb, sürücü ölüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy-Qaraçınar avtomobil yolu istiqamətində “Hyundai” markalı minik avtomobil idarəetmədə çıxaraq aşıb. Qəza nəticəsində 1994-cü il təvəllüdlü rayon sakini Araz Hümbətöv hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hadisə yerində araşdırma aparılır.