Mingəçevirdə 8 yaşlı qız ağır xəsarət alıb

Mingəçevirdə 8 yaşlı qız ağır xəsarət alıb
# 13 sentyabr 2020 11:53 (UTC +04:00)

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bağlar yaşayış massivində baş verib.

Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib.

Yaralı dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR