Mingəçevir su anbarında çimən gənc suya atılarkən xəsarət alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib.
2001-ci il təvəllüdlü Daşkəsən rayon sakini Tağıyev Şamil Şakir oğlu çimərkən sifət nahiyəsindən xəsarət alıb. Məlumata görə, suya atılarkən onun sifəti suyun dibindəki qaya parçasına çırpılıb.
Yaralı xəstəxanaya apaılıb.