Novxanıda bağ evindən oğurluq etmək istəyən şəxs hadisə yerində saxlanılıb

Novxanıda bağ evindən oğurluq etmək istəyən şəxs hadisə yerində saxlanılıb
# 14 fevral 2020 17:00 (UTC +04:00)

Novxanı qəsəbəsində bağ evindən oğurluq etmək istəyən şəxs hadisə yerində saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Xəbərə görə, Novxanı qəsəbəsində yerləşən Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən DİN-in Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyinin şahidi olublar.

Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Polis İdarəsində araşdırma aparılan zaman oğurluq etməyə cəhd göstərən şəxsin Novxanı qəsəbəsi sakini Tərlan Səmədov olduğu müəyyən edilib. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Tərlan Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR