Salyan və Tərtər sakinlərindən qanunsuz odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini E.Aslanovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəyimsarov kəndində yaşayan R.Əlizadənin evidən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.