Şəki şəhərinin Qoxmuq kəndində Məmməd Qurban oğlu Seyidova məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, evə bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.