Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döyüb və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi götürülüb.