Abşeronda yaşayış binasındakı yanğın söndürülüb- VİDEO - YENİLƏNİB

Abşeronda yaşayış binasındakı yanğın söndürülüb- VİDEO  - YENİLƏNİB
# 29 may 2024 20:40 (UTC +04:00)

Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Saat 20:28

Abşeronda yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR