Aeroport şossesində beş maşın toqquşub, xəsarət alanlar var - FOTO

Aeroport şossesində beş maşın toqquşub, xəsarət alanlar var  - FOTO
# 02 iyul 2024 00:16 (UTC +04:00)

Bakının Suraxanı rayonunda qəza zamanı üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol nəqliyyatı hadisəsi aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Nurlan Hidayətzadənin idarə etdiyi “BMW” markalı maşında sürücü sükana nəzarəti itirətək eyni istiqamətdə olan “Mercedes” markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən maşın hərəkətdə olan üç maşına dəyib. Qəza nəticəsində “Mercedes”-də olan sərnişinin boyun sümüyü sınıb. Sürücüsü isə xəsarət alıb.

“BMW”-nin sürücüsü N.Hidayətzadə də xəsarət alıb. Qəza nəticəsində hazırda şossenin Əmircan qəsəbəsi ərazisindən beynəlxalq hava limanlna qədər olan istiqamətində tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR