Ağdamda göldə boğulan gəncin meyiti sudan çıxarılıb.
APA-nın yerli bürosunun məlumatına görə, sudan çıxarılan 2002-ci il təvəllüdlü Quliyev Elnur Yalçın oğlunun meyiti artıq aidiyyəti üzrə təhvil verilib.
Onun çimərkən boğulduğu bildirilir.
***
Saat 18:11
Ağdamda 17 yaşlı gənc suda boğularaq ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.
Quliyev Elnur Yalçın oğlu qəsəbə ərazisindəki göldə çimərkən boğulub.
Onun meyitinin sudan çıxarılması istiqamətində axtarış işləri aparılır.