Bank Of Baku

Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var - FOTO

Ağdamda maşın aşıb, ölən və xəsarət alanlar var - FOTO
# 20 fevral 2025 11:03 (UTC +04:00)

Ağdamda yol qəzası olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə İlyas Allahverənov hadisə yerində həyatını itirib.

Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov, 1991-ci il təvəllüdlü Amik Cəfərov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR