Paşha Bank
Bank Of Baku

Ağdamda məktəbli qıza sahibsiz itlər hücum edib - FOTO - VİDEO

Ağdamda məktəbli qıza sahibsiz itlər hücum edib - FOTO  - VİDEO
# 21 noyabr 2026 17:51 (UTC +04:00)

Ağdam rayonunda məktəbli qıza sahibsiz itlərin hücumu qeydə alınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində, 150 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Belə ki, hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qıza bir neçə sahibsiz it hücum edib. Yaxınlıqda olan sakinlərin köməyi ilə qız itlərin hücumundan xilas edilib.

Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin sözlərinə görə, son iki gün ərzində qəsəbədə insanların it hücumuna məruz qalması ilə bağlı daha üç analoji hadisə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR