Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb. Qəza zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, oktyabrın 29-da saat 21:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (1-i kişi, 3-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.