Bank Of Baku

Ağsuda 31 yaşlı şəxs bıçaqlanıb

Ağsuda 31 yaşlı  şəxs bıçaqlanıb
# 07 yanvar 2025 09:09 (UTC +04:00)

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib, hadisə nəticəsində rayonun Hacıqədirli kənd sakini 1994-cü il təvəllüdlü Bəyalıyev Fariz Ağabala oğlu həmkəndlisi 1996-cı il təvəllüdlü Amil Bədəlov tərəfindən bıçaqlanıb.

Xəsarət alan şəxs kəsilmiş-deşilmiş bədən xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq məlumatı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR