Bank Of Baku

Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb

Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb
# 18 noyabr 2024 16:27 (UTC +04:00)

Astara sakinini elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutan zaman atdığı qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR