Astarada tələbə dənizdə boğularaq ölüb - YENİLƏNİB

Astarada tələbə dənizdə boğularaq ölüb - YENİLƏNİB
# 02 iyun 2025 19:16 (UTC +04:00)

Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.

Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.

Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.

***

18:50

Astarada tələbə dənizdə boğulub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.

Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR