Bank Of Baku

Azad edilmiş ərazilərdə daha 79 mina, 178 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 79 mina, 178 PHS aşkarlanıb
# 21 iyul 2025 10:32 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.07.2025 - 20.07.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR