Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətli törədən saxlanılıb - YENİLƏNİB-1 - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətli törədən saxlanılıb - YENİLƏNİB-1  - VİDEO
# 13 noyabr 2023 23:01 (UTC +04:00)

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

13.11.2023

Saat 00:37

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətlin təfərrüatları məlum olub.

APA xəbər verir ki, iki avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub.

77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsünü bıçaqlayıb.

***

12.11.2023

Saat 23:17

Bakının Binəqədi rayonunda kişi qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Belə ki, Savadov İzmir Sabutər oğlu bıçaqlanaraq qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR