Bakı-Sumqayıt yolunda avtobus beton arakəsməyə çırpılıb, ölənlərin sayı artıb - FOTO - YENİLƏNİB-4

Bakı-Sumqayıt yolunda avtobus beton arakəsməyə çırpılıb, ölənlərin sayı artıb - FOTO  - YENİLƏNİB-4
# 10 dekabr 2023 14:58 (UTC +04:00)

Bakı Sumqayıt yolunda mikroavtobusun beton dirəyə çırpılması nəticəsində hadisə yerində ölən 2-ci şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, bu 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızıdır.

***

12:46

Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).

APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirib ki, qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü qadın həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

12:38

Sumqayıt Bakı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, qəza nəticəsində xəstəxanaya aparılan daha bir nəfər ölüb, beləliklə həlak olanların sayı 2-yə çatıb.

Ölən şəxsin 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızıdır.

***

08:18

Sumqayıtda mikroavtobusun betona çırpılması nəticəsində xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan dördünün vəziyyəti ağırdır.

***

Saat 06:30

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, üç nəfər ağır yaralanıb.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR