Bank Of Baku

Bakıda 6 uşaq tonqala düşüb

Bakıda 6 uşaq tonqala düşüb
# 19 mart 2025 10:47 (UTC +04:00)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, SabunçuQaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub:

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR