Bakıda avtomobil divara çırpılıb, xəsarət alan var - FOTO

Bakıda avtomobil divara çırpılıb, xəsarət alan var - FOTO
# 08 dekabr 2023 03:45 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.

İdarəetmədən çıxan “Mercedes” yolayrıcındakı divara çırpılıb.

Qəza nəticəsində sərnişin xəsarət alıb.

Avtomobil deformasiyaya uğrayıb.

Fakt üzrə avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR