Bakıda avtomobil işıq dirəyinə dəyərək aşıb, xəsarət alan var - FOTO

Bakıda avtomobil işıq dirəyinə dəyərək aşıb, xəsarət alan var - FOTO
# 21 iyun 2024 00:45 (UTC +04:00)

Bakının Nəsimi rayonunda avtomobil qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsində baş verib.

Belə ki, “Volkswagen” markalı avtomobili yüksək sürətlə idarə edən sürücü dönmək istəyərkən sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi əvvəlcə bordüra daha sonra işıq dirəyinə dəyərək aşıb.

Avtomobildə olan sərnişin xəsarət alıb.

Qəza nəticəsində yol infrastrukturuna o cümlədən avtomobilə ciddi ziyan dəyib.

Avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR