Bakıda avtomobil aşıb, sürücüsü isə xəsarət alıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Əkbərov Murad Tahir oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, avtomobili aşırıb. Qəza zamanı M.Əkbərovun boynu sınıb.
Faktla bağlı araşdırma aparılır.