Bakıda avtoyuma məntəqəsində yanğın olub, 3 avtomobil yanıb - FOTO

Bakıda avtoyuma məntəqəsində yanğın olub, 3 avtomobil yanıb - FOTO
# 07 dekabr 2023 05:06 (UTC +04:00)

Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsində yanğın olub.

APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın nəticəsində üç avtomobil yanıb. Yanğın zamanı “Mercedes Vito” tam, “Toyota Prius” və “Mercedes” markalı minik avtomobilləri isə qismən yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR